Xəstə Bələdçisi və TSSS

Klinik təcrübədə ən çox müşahidə olunan sualların və yanlışların açıqlaması.

Bələdçi

Müntəzəm Kardioloji Yoxlanışın Vacibliyi

Ürək xəstəlikləri illərlə səssiz inkişaf edir. İnfarkt qəfil yox, xəbərdarlıqla gəlir. Bədəniniz yorğunluqla, kiçik ağrılarla, dəyişən ritmlə siqnal verir. Bu siqnallar adətən yaşa, stresə və ya yorğunluğa yozulur. Halbuki sağlam görünən insanlarda gizli infarkt və erkən mərhələdə aterosklerozun aşkarlanması yalnız planlı müayinə ilə mümkündür.

Yoxlanış Tezliyi

  • Sağlam yetkin insanlar üçün ildə bir dəfə kardioloji və terapevtik check-up.
  • İrsiyyətdə ürək xəstəliyi, qəfləti ölüm, diabet, böyrək xəstəliyi və ya zob olanlar üçün ildə iki dəfə.
  • İnsult və infarkt keçirənlər üçün ildə iki dəfə.
  • Onkoloji xəstələr kimyəvi terapiyadan əvvəl, zamanı və sonra mütləq.
  • Hipertoniya, diabet və ürək qapaq xəstəliyi olanlar üçün həkim göstərişinə uyğun.

Təzyiq Dərmanları və Müalicə İntizamı

Klinik təcrübədə ən təhlükəli vərdişlərdən biri təzyiq dərmanının özbaşına dayandırılmasıdır. Bir qutu bitdi deyə müalicə bitmir. Təzyiq düşdü deyə xəstəlik keçmir.

Vacib: Daimi qəbul olunmalı dərmanlar üçün həmişə ehtiyat qutusu yanınızda olsun. Son qutuya başlayanda yeni qutu alın. Bir neçə gün dərman qəbul etməməyin “heç nə olmayacaq” düşüncəsi yanlışdır. Dərman qəbul edilməyən günlər və yanlış istifadə həqiqi zərər vurur.

Yanlış İstifadə Olunan Dərmanlar

  • Kankor. Təzyiq dərmanı deyil. Ürəyin elektrik sisteminə təsir edir.
  • Kaptopril. Yalnız ilk yardımdır, davamlı müalicə deyil.
  • Nimesil. Yüksək təzyiq fonunda təhlükəlidir.
  • Aspirin. Hamı qəbul edə bilməz. Mədə xorası, qanaxma riski, kontrolsuz hipertoniya zamanı qadağandır.
  • Qandurucu dərmanlar. İstəyə görə yox, diaqnoza görə seçilir.

Ozonoterapiya Haqqında Elmi İzah

Ozonoterapiya tibbi ozonun terapevtik dozalarda tətbiqi ilə həyata keçirilir. Autohemo-ozonoterapiyada xəstənin öz qanının kiçik miqdarı götürülür, steril şəraitdə ozonla qarışdırılır və yenidən vena daxili olaraq qaytarılır. Bu metod qanın oksigen daşıma qabiliyyətini artırır, antioksidant fermentlərin fəaliyyətini gücləndirir, immun hüceyrələrin istehsalını stimullaşdırır.

Ozonoterapiya Hansı Hallarda Effektivdir

  • Hipertoniya və damar daralması
  • Diabet və diabetik yaralar
  • Allergik rinit, saç tökülməsi və qaşınma
  • Xroniki yorğunluq və yuxu pozğunluqları
  • Mövsümi infeksion xəstəliklərin profilaktikası
  • Klimaks dövründə hormonal dəyişikliklər
  • Qaraciyər piylənməsi və toksiki yüklənmə
  • Antiage və hüceyrə bərpası

Ürək Simptomları Haqqında Yanlış Bilinənlər

Aşağıdakı misallar gündəlik praktikada ən çox rastlanan səhv anlamalardır.

  • Ağrı yoxdursa, ürək sağlamdır? Yanlış. İnfarkt bəzən nəfəs darlığı, yorğunluq, çənə ağrısı və ya qarın ağrısı ilə gəlir.
  • Arıq insanda xolesterin olmaz? Yanlış. Xolesterin çəkiyə baxmır.
  • Bayılma əsəbdəndir? Həmişə yox. Bayılma ürək ritm pozğunluğunun, aortal stenozun və ya bradikardiyanın əlaməti ola bilər.
  • Burun qanaması təzyiqin düşməsidir? Yanlış. Bu damarların tab gətirməməsi, hətta insult və infarkt riskinin siqnalıdır.
  • Soyuq hava ürəyə təsir etmir? Yanlış. Soyuq havada damarlar daralır, ürək daha çox işləyir.
Tez-Tez Soruşulan Suallar

Ürək, Hipertoniya və Ozonoterapiya Haqqında

Sualınız siyahıda yoxdursa, WhatsApp ilə yazın.

Ürək xəstəlikləri illərlə əlamətsiz inkişaf edir. Gizli infarkt keçirən insanların yarısı bunu bilmir. Yorğunluq, kürəkdə ağrı, qollarda uyuşma kimi əlamətlər çox vaxt diqqətdən kənarda qalır. Erkən aşkarlama qəfil hadisənin qarşısını alır və müalicə nəticələrini əhəmiyyətli dərəcədə yaxşılaşdırır.

Xeyr. Təzyiq düşdü deyə xəstəlik keçmir. Təzyiq dərmanı kurs deyil. Dərmanın özbaşına dayandırılması insult, infarkt və qəfləti ölüm riski yaradır. Doza dəyişikliyi yalnız həkim tərəfindən edilməlidir. Hər təzyiq qalxmasında reaksiyalı qəbul yox, planlı qəbul vacibdir.

Ozonoterapiya tibbi ozon vasitəsilə orqanizmin daxildən bərpasını təmin edən elmi əsaslı üsuldur. Autohemo-ozonoterapiyada xəstənin öz qanı götürülür, ozonla zənginləşdirilir və qaytarılır. Bu qan yuyulması deyil. Məqsəd qanın oksigen daşıma qabiliyyətinin və antioksidant sistemin gücləndirilməsidir. Tətbiq sahələri:

  • Hipertoniya və damar tutulması.
  • Allergik xəstəliklər və saç tökülməsi.
  • Xroniki yorğunluq və yuxu pozğunluqları.
  • Diabet və diabetik yaralar.
  • Antiage və detoks protokolları.

Heç bir bitki, meyvə və ya təbii vasitə təzyiq dərmanını əvəz etmir. Limonla hipertoniya müalicə etmək insult, infarkt və qəfləti ölümlə nəticələnə bilər. Təzyiqiniz 180 mm c.süt və yuxarıdırsa, dərmanınızı qəbul edin.

Xeyr. İnfarkt bəzən nəfəs darlığı, yorğunluq, çənə və kürək ağrısı, mədə ağrısı, ürəkbulanma kimi atipik əlamətlərlə gəlir. Qadınlarda və diabet xəstələrində atipik təqdimat daha çoxdur. İzah olunmayan yorğunluq, ürəkbulanma və qarın ağrısı laqeyd qarşılanmamalıdır.

Holter aşağıdakı hallarda təyin olunur:

  • Tez-tez baş gicəllənmə, göz qaralması və bayılma epizodları.
  • İnsult keçirmiş şəxslər.
  • Panikatak diaqnozu qoyulmuşlar (bu çox vaxt gizli aritmiyadır).
  • Davamlı ürək döyüntü şikayətləri.
  • Aritmiya diaqnozunun dəqiqləşdirilməsi və müalicə izləmə.

Xeyr. Kankor təzyiq dərmanı deyil. Bu dərman ürəyin elektrik sisteminə təsir edir. Gündə bir neçə dəfə içmək ürək ritmini təhlükəyə atır, dozası aşılarsa ürək dayanmasına səbəb ola bilər. Hipertoniya müalicəsi həkim tərəfindən təyin olunan davamlı dərmanlarla aparılır.

Xeyr. Ozonoterapiyanın əks göstərişləri var. Hər prosedur müayinə və müstəxəssis qiymətləndirməsindən sonra fərdi protokolla aparılır. Seans sayı, prosedurun növü və tətbiq forması hər xəstə üçün fərqli təyin olunur.

ACE inhibitor qrupundan olan təzyiq dərmanları quru öskürəyə səbəb ola bilər. Bu allergiya və ya qrip deyil, dərmanın yan təsiridir. Kardioloqla danışın. Dərmanı dəyişdirdikdən sonra öskürək tamamilə keçir. Özbaşına dərmanı dayandırmayın.

Hamiləlik dövründə qan həcmi 50%-ə qədər artır və ürək daha çox işləyir. Bu fizioloji və normaldır. Lakin döyüntü davamlıdırsa və ya halsızlıq, baş gicəllənmə ilə müşayiət olunursa, anemiya, hipotiroidizm, aşağı qan şəkəri və ya ürək patologiyasını istisna etmək üçün müayinə vacibdir.

Yaxın zamanda ürək əməliyyatı keçirənlər, ağır ürək çatışmazlığı olanlar və dərman saatları pozulacaq xəstələr oruc tutmamalıdır. Hipertoniya və yüngül-orta ürək xəstələri həkimlə danışaraq, dərmanlarını sahurda və iftarda qəbul etməklə oruc tuta bilərlər.

Aritmiyası, yüksək təzyiqi olanlar, uşaqlar və hamilələr üçün qəhvə qadağandır. Sağlam insan üçün gündə 1 fincan kifayətdir. Həddən artıq qəhvə təzyiqi yüksəldir, sidikqovucu kimi sümükdən kalsiumu çıxarır və D vitaminini bloklayır.

Sualınızın Cavabı Burda Yoxdur?

WhatsApp ilə yazın, suala qısa zamanda cavab alın.

+994 55 877 64 07
💬