Arterial Təzyiqin Düzgün İdarə Olunması
Təzyiq dərmanı qabaqlayıcı vasitədir, təcili yardım deyil. Düzgün ölçü qaydaları, dərman intizamı və hipertoniyanın həyat tərzi ilə əlaqəsi.
Məqaləni oxu →Ürək sağlamlığı, hipertoniya və ozonoterapiya haqqında peşəkar yazılar.
Təzyiq dərmanı qabaqlayıcı vasitədir, təcili yardım deyil. Düzgün ölçü qaydaları, dərman intizamı və hipertoniyanın həyat tərzi ilə əlaqəsi.
Məqaləni oxu →Autohemo-ozonoterapiya nədir, necə işləyir və hansı vəziyyətlərdə effektivdir. Elmi izah və klinik tətbiq sahələri.
Məqaləni oxu →İnfarkt qəfil gəlmir. Gizli infarkt, qadınlarda atipik təqdimat və müraciət üçün qırmızı bayraqlar.
Məqaləni oxu →Yüksək təzyiq səssiz qatildir. İllərlə əlamətsiz davam edir, sonra qəfil infarkt, insult və ya böyrək çatışmazlığı kimi ağır fəsadlarla özünü göstərir. Təzyiqi kontrol altında olmayanlarda insult və iflic riski 7 dəfə artıqdır. Buna görə təzyiqin düzgün ölçülməsi, dərman intizamı və həyat tərzi dəyişiklikləri eyni dərəcədə vacibdir.
Klinikada xəstələrin gətirdiyi ev ölçü nəticələri çox vaxt həqiqəti əks etdirmir. Səhv ölçü əsasında dərman seçimi xəstəliyin idarəolunmasını çətinləşdirir. Düzgün ölçü üçün qaydalar:
Təzyiq dərmanı qabaqlayıcı vasitədir. Təzyiq qalxmasın deyə qəbul edilir, qalxdıqdan sonra yox. Bu fundamental bir məntiq fərqidir. Reaksiyalı qəbul (yalnız təzyiq qalxanda dərman içmək) faydasız və təhlükəlidir. Planlı qəbul isə damarları və orqanları qoruyur.
Daha vacib bir məqam: təzyiq düşdü deyə müalicə bitmir. Bir qutu bitdi deyə xəstəlik də bitmir. Dərmanı özbaşına dayandırmaq insult, infarkt və qəfləti ölüm riski yaradır. Hipertoniya xroniki xəstəlikdir və ömürlük izləmə tələb edir.
Heç bir bitki, meyvə və ya təbii vasitə təzyiq dərmanını əvəz etmir. Hipertoniya xəstəsi limonla təzyiqi salmağa çalışdığı müddətcə insult, infarkt və qəfləti ölümlər qaçınılmazdır. Təzyiqiniz 180 mm c.süt və yuxarıdırsa, dərmanınızı qəbul edin. Sağlamlığınızı riskə atmayın.
Təzyiq dərmanı kurs deyil. Bir qutu bitdi deyə müalicə də bitmir. Təzyiqin düşməsi sağalmaq demək deyil. Dərmanınızı kəsməyin. Klinik müşahidə
Ozonoterapiya elmi əsaslı tibbi prosedurdur. Tibbi ozon (oksigenin xüsusi forması) terapevtik dozalarda tətbiq olunduqda orqanizmin antioksidant sistemini gücləndirir, immun funksiyaları aktivləşdirir və hüceyrə səviyyəsində bərpa proseslərini sürətləndirir.
Ozon hüceyrələrə daxil olduqda mitoxondrial fəaliyyəti aktivləşdirir. Antioksidant fermentlərin (superoksid dismutaza, katalaza, qlutation peroksidaza) işini gücləndirir. Ağ qan hüceyrələrinin və immun amillərin istehsalını artırır. Damarları genişləndirir, qanın oksigen daşıma qabiliyyətini yaxşılaşdırır, reolojik xüsusiyyətlərini optimallaşdırır.
Ozonoterapiya hər kəsə uyğun deyil. Aşağıdakı hallarda prosedur təxirə salınır və ya tətbiq olunmur: aktiv qanaxma, glükoza-6-fosfat dehidrogenaza çatışmazlığı, hipertireoz dekompensasiya mərhələsində, ağır anemiya, qıcolma sindromları, qanın laxtalanma pozğunluqları. Hər prosedur müayinə və qan analizləri əsasında həkim qərarı ilə aparılır.
İnfarkt qəfil yox, xəbərdarlıqla gəlir. Günlər, hətta həftələr əvvəl bədən siqnal verir. Bu siqnalları vaxtında oxumaq həyat qurtarır. Gizli infarkt keçirən insanların yarısı bunu bilmir. Əlamətlər çox vaxt yorğunluğa, əzələ ağrısına və ya yuxusuzluğa yozulur.
Sıxılma, yanma, ağırlıq hissi və ya küt ağrı. Sol qola, sol kürəyə, çənəyə, boyuna və ya kürəklərarası sahəyə yayıla bilər. Fiziki yüklənmə və ya stress zamanı yaranıb dincəlmə ilə keçirsə, koronar damar problemi ehtimalı yüksəkdir. Nitroqliserindən sonra keçməyən 15 dəqiqədən artıq davam edən ağrı infarkt əlamətidir.
Əvvəllər asanlıqla qalxdığınız pillələri indi nəfəs tutula-tutula qalxırsınız. Adi ev işləri sizi yorur. Bu ürək çatışmazlığının və ya işemiyanın ilk əlaməti ola bilər. Xüsusən gecə yatarkən başlayan nəfəs darlığı diqqət tələb edir.
Sürətli, yavaş və ya nizamsız döyüntülər. Ürəyin “dayanma” hissi, qəfil tezləşmiş döyüntü və ya səyirmə hissi. Bu aritmiyaların əlaməti ola bilər. Aritmiya vaxtında nəzarətə götürülməsə, ürəyi tükəndirir və tromb əmələgəlmə riskini artırır.
Bayılmanı yüngül qəbul etməyin və “əsəbdəndir” deyib keçməyin. Bayılma ürək ritm pozğunluqlarının, aşağı təzyiqin, aortal stenozun və ya ürək bloklarının ilk əlaməti ola bilər. Səbəb mütləq araşdırılmalıdır.
Şişən ayaqlar, dolan barmaqlar, ağırlaşan bədən. Səbəbi həmişə duz deyil. Damar problemləri, qalxanabənzər vəz, böyrək və qaraciyər patologiyaları, hətta zəifləyən ürək də ola bilər. Uzun sürən ödem mütləq müayinə tələb edir.
Soyuqdəymə deyib keçməyin. Uzun sürən və səbəbsiz öskürək sadə bir problem kimi görünə bilər. Lakin bəzən bu ürək çatışmazlığının ilk xəbərçisidir. Ağ ciyərlərdə qan durğunluğu öskürəyi əmələ gətirir.
Çox kişilərdə müşahidə olunan bu əlamət gözardı edilir. Ayaqlarda tük tökülməsi aşağı ətraf damarlarında qan dövranı pozulmasının göstəricisidir. Bu ateroskleroz və damar tutulmasının xəbərçisidir.
Eyni infarkt qadınlarda və kişilərdə fərqli əlamətlərlə özünü göstərir. Kişilərdə klassik sinə ağrısı, qadınlarda isə aldadıcı simptomlar. Menopauza dövründə estrogen səviyyəsinin azalması ürək-damar riskini əhəmiyyətli dərəcədə artırır. İzah olunmayan yorğunluq, ürəkbulanma, kürək və ya qarın ağrısı laqeyd qarşılanmamalıdır.
Xəstəlikdən yox, onu vaxtında bilməməkdən qorxmaq lazımdır. Ən böyük səhv bədən pisləşənə qədər gözləməkdir. Klinik müşahidə